Accessibility links

MDB prokurorları sosial şəbəkələrə nəzarət edilməsini istəyir


MDB prokurorları sosial şəbəkələrə nəzarət edilməsini istəyir

MDB prokurorları sosial şəbəkələrə nəzarət edilməsini istəyir

MDB-yə üzv dövlətlərin baş prokurorları İnternetin təhlükəli olduğu, şəbəkədən istifadənin qaydaya salınması zərurəti olduğu fikri ilə razılaşıb.

Turan Agentliyinin məlumatına görə, sentyabrın 14-də Minskdə MDB Baş Prokurorlarının Koordinasiya Şurasının toplantısında sosial şəbəkələrə nəzarətin gücləndirilməsi məsələlərinə toxunulub. Görüşdə Azərbaycanı baş prokurorun birinci müavini Rüstəm Usubov təmsil edib.
Sosial şəbəkələrə nəzarət zərurəti haqqında Rusiya baş prokuroru Yuri Çayka söz açıb. “Londonda nə baş verdiyini gördünüz. Zənnimcə, nəticə göz önündədir: bu fəaliyyətə nəzarət olmalıdır və düşünürəm ki, bu, vətəndaşların azadlıqlarının müdafiəsi üçün səmərəli olacaq”, deyə Yuri Çayka bildirib.
Baş prokuror qeyd edib ki, bir çox İnternet resurslarda terrorizmə və ekstremizmə çağırışlar var. O, avqustda Londonda sosial şəbəkələrin köməyi ilə koordinasiya olunmuş iğtişaşlara diqqət çəkib.

MDB-yə üzv dövlətlərin baş prokurorları İnternetin təhlükəli olduğu, şəbəkədən istifadənin qaydaya salınması zərurəti olduğu fikri ilə razılaşıblar.
Öz növbəsində, Belarusun baş prokuroru Qriqori Vasilyeviç bildirib ki, İnternetdən istifadənin nizamlanması haqqında beynəlxalq müqavilə hazırlanmalıdır. O, hesab edir ki, bu sənədi BMT yarada bilər.
İclasın gündəliyində həmçinin öz ölkələrinin hüdudlarından kənarda MDB ölkələri ərazisində vətəndaşların hüquqlarının müdafiəsi məsələsi, cinayətkarlığa qarşı mübarizədə birgə tədbirlər üzrə dövlətlərarası proqramın yerinə yetirilməsinin nəticələri, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, qanunsuz narkotik və psixotrop maddələr dövriyyəsinə və insan alverinə qarşı qarşı mübarizədə əməkdaşlıq məsələləri olub.

XS
SM
MD
LG