Accessibility links

Bakıda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilir


MDB Miqrasiya Orqanları Rəhbərləri Şurası
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurası

Oktyabrın 12-də Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası işə başlayıb.

İclasda Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, Milli Məclisin deputatı Arif Rəhimzadə çıxış edib.

Sonra Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Şuranın 2017-ci il üçün sədri seçilib.

İclasın gündəliyinə 18 məsələ, o cümlədən MDB-nin iştirakçısı olan dövlətlərdə miqrasiyanın vəziyyəti, “MDB-nin iştirakçısı olan dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası, MDB dövlətlərinin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və həmin məlumat bazasının Əsasnaməsinin işlənilməsi, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycanın təcrübəsi, MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi daxildir.

MDB-nin iştirakçısı olan ölkələrin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG