Accessibility links

MDB Daxili İşlər Nazirləri Şurasına sədrlik Azərbaycana keçib


MDB Daxili İşlər Nazirləri Şurası

MDB Daxili İşlər Nazirləri Şurası

Nazirlər transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluqla mübarizədə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edir

Sentyabrın 7-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası işinə başlayıb.

İki gün davam edəcək iclasda transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluqla mübarizədə əməkdaşlığın prioritet istiqamətlərinə, ictimai təhlükəsizliyin təmin olunması sahəsində birgə razılaşdırılmış tədbirlərin səmərəliliyinin artırılması məsələləri müzakirə edilir.

Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MDB-nin İcraiyyə Komitəsinin sədri Sergel Lebed, beynəlxalq kriminal Polis Təşkilatının -İnterpolun baş katibi Ronald Noubl, diplomatik korpusun nümayəndələri iştirak edirlər. Ermənistan tədbirə qatılmayıb.

İclasda Şuraya sədrlik Azərbaycana keçib.

“Mütəşəkkil cinayətkarlığın ən təhlükəli növləri ilə mübarizənin optimallaşdırmasına dair qarşılıqlı təsirin təkmilləşdirilməsi problemlərinin bütöv spektrini, təsirli formaların və sonrakı əməkdaşlıq metodlarının reallaşdırması məsələlərini müzakirə etmək lazımdır", - Azərbaycan baş naziri Artur Rasizadə açılış mərasimdə qeyd edib.

Azərbaycan tərəfi bildirib ki, birgə operativ istintaq tədbirləri nəticəsində yüzlərlə cinayətkar birlik ifşa edilib, ağır cinayətlərin üstü açılıb, beynəlxalq axtarışda olan minlərlə şəxs saxlanılıb.

Azərbaycan Daxili İşlər Naziri Ramil Usubov deyib ki, MDB Daxili İşlər Nazirləri Şurasının formatında əməkdaşlıq daim möhkəmlənir, iştirakçı dövlətlərin və xalqların xeyrinə yeni məzmun alır. “Hazırki formatda əməkdaşlıq müasir çağırışlara və təhlükələrə adekvatdır. Beynəlxalq terrorizmlə və mütəşəkkil transmilli cinayətkarlıqla mübarizədə müvəffəqiyyət insanların dinc həyatının müdafiəsinə yönəlib", - deyə o qeyd edib.
XS
SM
MD
LG