Accessibility links

Bakıda MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclaşı keçirilir


Sentyabrın 28-də Bakıda MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclaşı açılıb. Ötən gün prezident İlham Əliyev onları qəbul edib.

“Biz Şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir”, dövlət başçısı bildirib.

“Heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir.

Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması – bütün bunlar günümüzün reallıqlarıdır”, İ.Əliyev vurğulayıb.

Öz növbəsində MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib ki, təhlükələr ilk növbədə terrorizmlə bağlıdır.

İclasda müzakirə ediləcək əsas problem “MDB ölkələrinə qarşı kənardan yaranan təhlükələrin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması” olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG