Accessibility links

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın


Məcburi köçkün yataqxanasında yanğın

Məcburi köçkün yataqxanasında yanğın

Pərakəndə bazar 450 kvadratmetr, binanın eyvanları isə 350 kvadratmetr sahədə yanıb

Bakıda məcburi köçkünlərin yaşadığı beşmərtəbəli bina yanıb. Xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin yanğın zamanı bundan yaşayanlar təxliyə olunub, bir uşaq xilas olunub.
Yanğın yataqxanaya bitişik pərakəndə ticarət bazarından başlayıb və tez bir zamanda binaya yayılıb. Eyvanların taxtadan olması alovun daha geniş əraziyə yayılmasına səbəb olub. Beləliklə, yanğın nəticəsində pərakəndə bazar 450 kvadratmetr, binanın eyvanları isə 350 kvadratmetr sahədə yanıb.

Bakı Təcili və Təxirəsalınmaz Tibbi yardın Stansiyasından Amerikanın Səsi radiosuna bildiriblər ki, hadisə zamanı həyəcan keçirən 6 nəfərə tibbi yardın göstərilib. Xəsarətlə təcili yardıma müraciət edən olmayıb.
XS
SM
MD
LG