Accessibility links

Məcid Araz: Türk dili bölümü açmaqla iş bitmir, əsas hədəfimiz Ana dilində təhsildir


Məcid Arazla müsahibə
please wait

No media source currently available

0:00 0:09:48 0:00

Yeni tədris ilinin başlaması ərəfəsində İranda dövlət qurumları və media tərəfindən universitetlərdə Azərbaycan türkcəsində bölümün yaradılması ilə bağlı ziddiyyətli xəbər və açıqlamalar yayılıb. Yarı-rəsmi İSNA agentliyi Təbriz universitetində türk dili və ədəbiyyatı bölümünün yaradılması haqda xəbər yayıb. Lakin universitetə qəbul imtahanı üçün təhsil sahələri siyahısında “azəri türk dili və ədəbiyyatı” bölümünün adı yazılsa da, bu bölümə tələbə qəbul edən heç bir ali təhsil mərkəzinin olmadığı deyilir. Güneyli fəal Məcid Araz Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə İran Azərbaycanında Azərbaycan türkcəsinin tədrisi planları və milli fəalların ana dilində təhsil hüququnun təmin olunması üçün səylərindən danışıb.

Məcid Araz universitetdə türk dili bölümünün açılması məsələsinə güneyli fəalların münasibətini bildirərək, prezident Həsən Ruhaninin seçki kampaniyası zamanı azərbaycanlılara verdiyi vədlərə toxunaraq, "bu vədlərin heç birinin yerinə yetirilmədiyini" qeyd edib.

"Güneyli fəalların, Güney Azərbaycan türklərinin istəkləri ana dilində təhsildir. Yəni uşaqlar ibtidai və orta məktəbdə, liseydə ana dilində təhsil alsınlar. Azərbaycan türklərinin tələbi odur.”

“Prezident Ruhani seçki kampaniyası zamanı Azərbaycan türklərinə üç söz vermişdi. Bunlardan biri Urmu gölünün xilas edilməsi, ikinci, Güney Azərbaycanda Türk dili qurumunun yaradılması və türkcə təhsil. Bu günə qədər onların Urmu gölü ilə bağlı özəl təşəbbüsləri olmayıb. Çox az işlər görülüb. Türk dili institutu adına çox dəyişik, kiçik bir şey yaratdılar-Azərbaycan sənət qurumu dedilər. Yəni dilə, Azərbaycan türkcəsinə aid olmayan bir şey yaratdılar. Təhsilə gəldikdə, istər prezident Ruhaninin özü, istərsə də onun etnik azlıqların hüquqları ilə iş üzrə yardımçısı cənab Yunisi dəfələrlə deyiblər ki, türk dilində təhsil veriləcək. Amma bu gün o sözə əməl olunması üçün universitetdə azəri türkcəsində bölüm açırlar. Güneyli fəalların, Güney Azərbaycan türklərinin istəkləri ana dilində təhsildir. Yəni uşaqlar ibtidai və orta məktəbdə, liseydə ana dilində təhsil alsınlar. Azərbaycan türklərinin tələbi odur.”

Milli fəalın sözlərinə görə, universitetdə Azərbaycan türkcəsində bölüm artıq başqa xarici dillərdə mövcud şöbələrdən biri kimi dəyərləndirilməlidir. O, bölümün açılmasını müsbət addım adlandırsa da, bunun azərbaycanlıların Ana dilində təhsil uğrunda mübarizəsinə böyük təsiri olmadığını düşündüyünü bildirib.

"Ana dilində təhsil o deməkdir ki, bir uşaq məktəbə getdiyi andan bütün dərsləri öz dilində oxumağa başlayır."

“Bir ana dilində təhsil var, bir də ana dilini öyrətmək var. Bunlar arasında böyük fərq var. Ana dilində təhsil o deməkdir ki, bir uşaq məktəbə getdiyi andan bütün dərsləri öz dilində oxumağa başlayır. Onunla bərabər ölkənin rəsmi dili və başqa xarici dilləri də öyrənər. Bir də ana dilini öyrətmək var. O da bu deməkdir ki, uşaq məktəbdə bütün dərsləri bir dildə öyrənir və həftədə bir neçə saat ona ana dilini öyrədirlər. Bu görülən iş bunların heç birisi deyil. Bu nə ana dilində təhsildir, nə də ana dilinin tədrisidir. Bu, sadəcə universitetdə başqa dillərdə olduğu kimi açılan bir dil bölümüdür.”

Məcid Araz milli fəalların əsas məqsədinin ana dilində təhsil hüququnun təmin olunmasına nail olmaq olduğunu bir daha təkrar edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG