Accessibility links

Məcid Bayati: Həmədanda türk dilinin durumu pis deyil, amma gələcəyi... [Audio-Müsahibə]


Məcid Bayati

Məcid Bayati

“Həmədanda türk dilinin durumu ümumi halda pis deyil. Amma gələcəkdə durum çətin olar, çünki, bu dildə yazmaq yoxdur, media yoxdur ki genişlənsin,” deyə Məcid Bayati İran Azərbaycanının ən cənub vilayəti Həmədanda türk dilinin durumunu təsvir edir. Həmədan vilayətindən Amerikanın Səsinə danışan araşdırmaçı bu vilayətdən əlavə Qəzvin, Mərkəzi və Qum vilayətləri türklərinin dil, mədəniyyət və musiqiləri haqda məlumat verib.

Bayati 9 şəhərdən ibarət olan Həmədan vilayətində türklərin yaşadığı bölgələri sadalayır:

“Coğrafi baxımından Həmədan İran Azərbaycanının ən güney əyalətidir. Əyalətin 9 şəhəri var. Onlardan Bahar, Rəzən, Körəng və Famenin şəhərlərinin hamısı türkdür. Həmədan şəhərinin özü yüzdə 70, Əsədabadda da yüzdə 60-70 türk var. Başqa şəhərlərdə də var...”

Həmədan televiziyasında türkcə proqram heç yoxdur. Bir dəqiqə də yoxdur. Uzun zamandır millətin istəyi budur. 10 il bundan əvvəl ki Ayətullah Xamneyi ölkənin rəhbəri gəlmişdi Həmədana, məktublar yazdılar, imzalar atdılar. Amma, bu iş olmadı. Həsən Ruhani gələndə də yenə millətin bu istəyi meydana çıxdı.

O, həmçinin vilayətin türk əhalisinin daha az olduğu şəhərlərində mövcud olan Əfşar, Bayat, Türk və Türkman kimi soyadlarına diqqət çəkərək bəzilərinin etnik türk olduğuna rəğmən hazırda əsasən lurca ya farsca danışdıqlarını söyləyir.

“Həmədan tarix boyu türk yurdu olub... Vilayətin şəhərlərində həmişə türk dilində şeir deyənlər olub. İndi də çox şair var. Burada türk dilinin durumu ümumi halda pis deyil... Gənclər yavaş yavaş türk dilinə sarı çəkilirlər. Amma, gələcəkdə durum çətin olar, çünki, bu dildə yazmaq yoxdur, media yoxdur ki genişlənsin,” deyə Bayati bəyan edir.

O, müxtəlif zamanlarda əhali tərəfindən irəli sürülən tələblərə baxmayaraq Həmədan vilayəti televiziyasında türk dilində bir dəqiqəlik belə proqramın olmadığını bildirir:

“Həmədan televiziyasında türkcə proqram heç yoxdur. Bir dəqiqə də yoxdur. Uzun zamandır millətin istəyi budur. 10 il bundan əvvəl ki Ayətullah Xamneyi ölkənin rəhbəri gəlmişdi Həmədana, məktublar yazdılar, imzalar atdılar. Amma, bu iş olmadı. Həsən Ruhani gələndə də yenə millətin bu istəyi meydana çıxdı.”

Bayati, İranın farsdilli vilayətlərinə yaxın olan türk bölgələrdə türkcə TV proqramlarının olmadığını dövlət siyasəti kimi dəyərləndirir:

Həmədan vilayəti

Həmədan vilayəti

“Təkcə Həmədan deyil, Qəzvin də belədir. Qəzvinin də çoxu türkdür. Mərkəzi vilayətdə Sava şəhəri var... Orada və Qumda da yoxdur türk proqramları. Bu neçə ustan ki sərhəd sayılırlar heç birində yoxdur. Bu dövlətin ümumi siyasətidir ki bu vilayətlərdə türkcə televiziya proqramı olması.”

Məcid Bayati Həmədan ləhcəsinin xüsusiyyətləri haqqında da danışır. Onun söylədiklərinə görə, “Həmədan ləhcəsində bəzi özəlliklər var ki çox qədim kəlmələrdən istifadə olunur, bəzən də Türkiyə ləhcəsinə yaxın olur. Amma bu çox ümumi deyil, bəzi sözlər Anadolu Türkcəsinə yazındır, misal üçün tükənmək sözü... Həmədanın özündə də fərqli ağızlar var. Rəzən ağzı Bahar ağzı ilə, Baharınkı da Əsədabad ağzı ilə fərqlidir.”

Həmədan vilayəti türklərinin rəqs və musiqisinin Qum vilayəti və Sava bölgəsindəkinə yaxın olduğunu bildirən araşdırmaçı həmçinin həmin bölgələrin aşıq musiqisi, onların çaldığı musiqi aləti “çögür” və “halay” (yallı) rəqsi haqqında danışır.

XS
SM
MD
LG