Accessibility links

Alimlər antibiotikə davamlı bakteriyalarla mübarizə aparacaq dərmanlar axtarır [Video]


Alimlər antibiotikə davamlı bakteriyalarla mübarizə aparacaq dərmanlar axtarır
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Dünya boyu alimlər ağlagəlməz yerlərdən Metisilin stafilokokları və ya MRSA (mersa) kimi antibiotikə davamlı bakteriyalarla mübarizə aparacaq dərmanlar axtarır. Onlar bu antibiotiklərin axtarışını timsah tüpürcəyindən tutmuş dənizin dibinədək aparır. Hazırda Svansea Universitetinin alimləri bu potensialı xirda qurdların – sürfələrin ifraz etdikləri mayedə görür.

Tibbdə yaranın ətrafındakı ölü toxumaların təmizlənməsi üçün sürfələrdən istifadə edilir. Lakin sürfələrin bunu edə bilməsi bəzi alimlər arasında sürfələrdən daha hansı faydalar əldə edə biləcəklərinə dair suallara yol açıb.

“Sürfə ifrazlarının bu qədər güclü antbiotik təsirlərinin olduğu bizi heyran etdi” deyə, Svansea Universitetinin alimi Yamni Niqam bildirir.

Sürfələr hər şeyi yeyir. Lakin burada diqqət konkret ölü toxumalar yeyən sürfələrə yetirilir. “Kliniki sürfələr təmiz və steril olmalıdır. Onlar yalnız ölü toxumaları yeməlidir. İnsanlar buna əmin olmalıdırlar.”

Alimlər steril sürfələrin üstünə su tökür və bir müddətdən sonra su sürfələrin ölü hüceyrələri əritmək üçün ifraz etdikləri mayeyə qarışır. Doktor Yamni Niqam: “Bütün bu molekulları – anti-bakterial, anti-funqal molekulları istehsal edən kiçik zavodlardır. Bunlar yaraları sağaltmağa xidmət göstərir. İnlar ölü hüceyrələri həzm edir və bədənlərindən maye ifraz edir.”

Svansea komandası bu molekullardan bir növünün adını Seratisin qoyub və artıq ticari markasını da çıxarıb. “Biz ümid edirik ki, bir gün yeni, sürfə ifrazından əmələ gələn antibiotiklərdən istifadə ediləcək.

XS
SM
MD
LG