Accessibility links

Qubad İbadoğlu: Azərbaycanın fəaliyyətinin dayandırılması nəzərdə tutulur [Video-müsahibə]


Qubad İbadoğlu: Azərbaycanın fəaliyyətinin dayandırılması nəzərdə tutulur
please wait

No media source currently available

0:00 0:06:09 0:00

Qubad İbadoğlu: Azərbaycanın fəaliyyətinin dayandırılması nəzərdə tutulur

QHT Koalisiyasının əlaqələndiricisi Amerikanın Səsinə müsahibəsində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Boqota toplantısından danışıb

Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün mart;n 8-9-da Boqotada keçiriləcək toplantısından gözləntilər, Azərbaycanın öhdəliklərini yerinə yetirmə vəziyyətindən danışıb.

Amerikanın Səsi: Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Boqota toplantısında Azərbaycanın üzvlüyü ilə bağlı məsələ müzakirə ediləcək. Müzakirələrə Azərbaycandan kimlər qatılacaq?

Toplantıda Azərbaycan nümayəndə heyətini hökumətin əsas iştirakçıları təmsil edəcək.

Qubad İbadoğlu: Azərbaycandan hökumətin nümayəndə heyəti daxil olmaqla, həm də mən özüm Boqotaya səfər edirəm. Mən vətəndaş cəmiyyətinin təmsilçisi olaraq Azərbaycanın deyil, bütövlükdə Avrasiya regionunun vətəndaş cəmiyyətinin təmsilçisi olaraq beynəlxalq idarə heyətinin işində iştirak edəcəm. Beynəlxalq idarə heyətinə Avrasiya regionundan seçilmişəm. Amma, Azərbaycan məsələsi gündəlikdə olduğuna görə, həm də beynəlxalq katiblik Azərbaycan hökumətini bu tədbirə dəvət edib. Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə komissiya var və həmin komissiya hökumət komissiyasıdır. Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Neft Fondunun icarçı direktoru Şahmar Mövsümovdur. Eyni zamanda, Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə katiblik fəaliyyət göstərir. Mənim bildiyim qədər, həm komissiyanın sədri, həm də katibliyin rəhbəri və əməkdaşları bu toplantıya ezam olunacaqlar. Toplantıda Azərbaycan nümayəndə heyətini hökumətin əsas iştirakçıları təmsil edəcək.

Amerikanın Səsi: Qurumun beynəlxalq idarə heyətinin sədri bu ilin fevralında Bakıya səfəri zamanı Boqota toplantısının Azərbaycan üçün asan olmayacağını deyib. Siz necə hesab edirsiniz?

Hesab edirəm ki, bu toplantıda artıq Azərbaycan məsələsi pik həddinə çatıb. Çünki, Azərbaycanla bağlı məsələnin müzakirəsində görsənən odur ki, çox müxtəlif maraqlar olacaq.

Qubad İbadoğlu: Azərbaycan üçün bütün toplantılar çətin olub. İndiyə qədər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyətinin elə bir iclası olmayıb ki, orada Azərbaycan üçün asanlıqla müzakirələr keçsin. Hesab edirəm ki, bu toplantıda artıq Azərbaycan məsələsi pik həddinə çatıb. Çünki, Azərbaycanla bağlı məsələnin müzakirəsində görsənən odur ki, çox müxtəlif maraqlar olacaq. Bu müxtəlif maraqların uzlaşdırılması o qədər də asan olmayacaq. Bilirsiniz ki, beynəlxalq idarə heyətinin qərar vermək prosedurlarına görə, biz yalnız konsensus əsasında qərar qəbul edə bilirik. Bu o deməkdir ki. beynəlxalq idarə heyətinə üzv olan hər üç tərəf, - həm vətəndaş cəmiyyəti, həm hökumət, həm də şirkətlər Azərbaycanla bağlı məsələdə vahid mövqeyə, ortaq məxrəcə gəlməlidirlər. Düşünürəm ki, bu o qədər də asan olmayacaq və bununla bağlı müzakirələr kifayət qədər Azərbaycanın bundan sonrakı dövrdəki fəaliyyəti üçün də əhəhmiyyət kəsb edir. Yalnız, Azərbaycan üçün deyil, hesab edirəm ki, Boqota toplantısında qəbul edilmiş qərar həm də digər region ölkələri üçün və bütövlükdə götürəndə, hətta beynəlxalq idarə heyətinin özü üçün çox əhəmiyyətli bir qərar olacaq. Çünki, Azərbaycan məsələsində verilmiş qərar digər ölkələrlə bağlı qərarlara da təsir göstərmək gücünə malik olacaq. Azərbaycan məsələsi demək olar ki, digər ölkələrdəki qərarlar üçün bir giriş olacaq. Çünki, Azərbaycanla bağlı əgər hər hansı bir qərar qəbul olunarsa bu yəqin ki, digər ölkələrlə bağlı qərarların qəbul edilməsini asanlaşdıracaq.

Amerikanın Səsi: Azərbaycan “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün islahedici planını yerinə yetiribmi? Üzvlük statusu bərpa edilə bilərmi?

Azərbaycan üçün Astana toplantısında təqdim olunmuş islahedici tədbirlər icra olunmayıb. Yəni, beynəlxalq katibliyin apardığı qiymətləndirmə nəticəsində bu qənatərə gəlinib.

Qubad İbadoğlu: Bilrisiniz, əsas məsələ elə islahedici tədbirlər planının icra vəziyyətinin qiymətləndirilməsidir. Bununla bağlı artıq beynəlxalq katiblik öz hesabatını hazırlayıb. Həmin hesabat beynəlxalq idarə heyətinin nəzdində fəaliyyət göstərən qiymətləndirmə komitəsi tərəfindən müzakirə olunub. Eyni zamanada, qiymətləndirmə komitəsi həmin hesabat əsasında beynəlxalq idarə heyətinə öz təkliflərini verib. Təklif ondan ibarətdir ki, Azərbaycanın fəaliyyəti dayandırılmalıdır. Bunun əsas səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan üçün Astana toplantısında təqdim olunmuş islahedici tədbirlər icra olunmayıb. Yəni, beynəlxalq katibliyin apardığı qiymətləndirmə nəticəsində bu qənatərə gəlinib. Eyni zamanda, biz də yerli QHT-lərin koalisiyası olaraq Azərbaycandakı vəziyyəti izləyirik. Həm də bu problemin içərisində fəaliyyət göstəririk və kifayət qədər çətinliklərlə Mədən Sənayesində Şəffaflığın artırılması üzrə QHT koalisiyası öz fəalaiyyətini davam etdirir. Biz eyni zamanda, bu tip məsələlərə də öz münasibətimizi formalaşdırırıq. Bizim apardığımız qiymətləndirmələr göstərir ki, həqiqətən də Azərbaycan üçün Astana toplantısında təqdim olunmuş islahedici tədbirlər planı tam şəkildə yerinə yetirilməyib. Ona gərə də bizim koalisiyanın qiymətləndirmə ilə beynəlxalq katibliyin dəyərləndirməsi arasında elə də böyük fərq yoxdur. Ona görə, bu qənaətə gəlmək olar ki, Azərbaycanda islahaedici tədbirlər planı yerinə yetirilməyib. Yerinə yetirmədiyinə görə də Azərbaycanın fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Amerikanın Səsi: 21 beynəlxalq təşkilat Azərbaycanın üzvlükdən uzaqlaşdırılmasını xahiş edən bəyanat yayıb. Bəyanatda Azərbaycanın insan hüquqları, söz azadlığı və QHT-lərə qarşı münasibəti tənqid edilir. Sizin münasibətiniz?

Təbii ki, ümumi mühitə təsir gəstərən amillərdəın biri, hər bir vətəndaşın, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçisinin öz fikrini azad ifadə etmək, sərbəst toplaşmaq və digər hüquqların reallaşdırılmasından ibarətdir.

Qubad İbadoğlu: Bilirsiniz, burada elə məsələlər var ki, mən onu bölüşməyə hazıram. Həqiqətən, Azərbaycanda QHT-lərin azad və effektiv şəkildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqində iştirakında problemlər var. Bu problemlər aradan qaldırılmayınca Azərbaycanda Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsünün səmərəli tətbiqindən danışmağa da dəymir. İnsan haqları ilə bağlı vəziyyət göz qabağındadır. Repressiyalar getdikcə güclənir. Bu da beynəlxalq təşkilatların ən çox qayğılandıran məsələlərdən birisidir. Amma, bizim Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyəti daha çox vətəndaş cəmiyyətinin vəziyyətinə diqqət yetirəcək. Yəni, insan haqları bu təşkilatın prioritetlərinə daxil deyil. Təbii ki, ümumi mühitə təsir gəstərən amillərdəın biri, hər bir vətəndaşın, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçisinin öz fikrini azad ifadə etmək, sərbəst toplaşmaq və digər hüquqların reallaşdırılmasından ibarətdir. Amma, mən bilirəm ki, bizim növbəti dəyərləndirməmizdə əsasən Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini götürəcəyik və onun əsasında da qərar qəbul edəcəyik.

XS
SM
MD
LG