Accessibility links

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edib


1일 총기난사 사건이 발생한 미국 라스베이거스의 '루트 91 하베스트' 공연의 야외 무대. 사건 발생 전 모습으로 범인은 무대 뒤로 보이는 만델레이 베이 호텔 32층에서 관객을 향해 총기를 난사했다.
1일 총기난사 사건이 발생한 미국 라스베이거스의 '루트 91 하베스트' 공연의 야외 무대. 사건 발생 전 모습으로 범인은 무대 뒤로 보이는 만델레이 베이 호텔 32층에서 관객을 향해 총기를 난사했다.

Oktyabrın 8-də prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinin sədri Kler Şortu qəbul edib.

Görüşdə Şort bildirib ki, Azərbaycan EİTİ-yə qoşulan ilk ölkələrdən biridir və bu təşəbbüsdə liderlik nümayiş etdirir.

İlham Əliyev Azərbaycanda bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq, Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edib. Daha sonra o, yüksək neft qiymətlərinin ölkəyə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirib.

Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan Əliyev iqtisadiyyatın şaxələndirilməsində böyük uğurlardan bəhs edib. Daha sonra tərəflər Azərbaycanın EİTİ-də iştirakı perspektivlərini müzakirə ediblər, deyə rəsmi məlumatda bildirilir.

Bu ilin aprelində EİTİ Azərbaycanın bu qurumdakı statusunu kiçildib. Qərar aprelin 14-15-də Brazzavildə EİTİ-nin 29-cu toplantısında Azərbaycan üzrə qiymətləndirmə hesabatı müzakirə edildikdən sonra qəbul edilib. Müzakirələrin yekunlarına görə EİTİ İdarə Heyəti Azərbaycanın statusunu tamhüquqlu üzvlükdən namizəd statusuna qədər endirməyi qərara alıb.

Bununla yanaşı, İdarə Heyəti növbəti il üçün tədbirlər planının hazırlanması haqqında qərar qəbul edib. Bu plan yerinə yetirildikdən sonra Azərbaycanın statusu bərpa edilə bilər.

Mayın 1-də Bakıda keçirilən mətbuat konfransında Azərbaycan Neft Fondunun rəhbəri Şahmar Mövsümov bildirib ki, EİTİ Azərbaycan üçün cəzbediciliyini itirib.

Azərbaycanda EİTİ-nin proqram koordinatoru olan Mövsümov əlavə edib ki, EİTİ-dən çıxmaq haqqında qərara baxılır, belə ki, bu təşkilat “öz strategiyasını dəyişib”.

“Əvvəllər EİTİ-nin strategiyası şəffaflığın təmin edilməsinə yönəlmişdisə, indi o, QHT-lərin maraqlarının müdafiəsi funksiyasını yerinə yetirir”, deyə Mövsümov bildirib. Onun sözlərinə görə, təzyiqə baxmayaraq, Azərbaycan öz prinsipini dəyişdirmək niyyətində deyil.

Neft, qaz və mədən sahələrində şəffaflıq standartlarını müəyyən edən EİTİ təşəbbüsü 2002-ci ildə Yohannesburqda Sabit İnkişaf üzrə Dünya Sammitində irəli sürülüb. Bu təşəbbüs yerli və xarici şirkətlərin ödədikləri, vəsaitləri, hökumətlərin isə aldığı vəsaitləri açıqlamasını nəzərdə tutur. Azərbaycan təşəbbüsə qoşulduğunu 2003-cü il iyunun 17-də Londonda EİTİ-nin ilk beynəlxalq konfransında elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG