Accessibility links

“Baku Guide” bələdçi kataloqunun ilk sayı çapdan çıxıb


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Baku Guide” bələdçi kataloqunun ilk sayı çapdan çıxıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Baku Guide” bələdçi kataloqunun ilk sayı çapdan çıxıb

Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində "Baku Guide" böyük tirajla şəhərin qonaqlarına təqdim olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Baku Guide” bələdçi kataloqunun ilk sayı çapdan çıxıb .

Nazirliyin saytının verdiyi məlumata görə kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir.

Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır.

Eyni zamanda hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində "Baku Guide" böyük tirajla şəhərin qonaqlarına təqdim olunacaq.
XS
SM
MD
LG