Accessibility links

Azərbaycan Kann Beynəlxalq Kinofestivalında iştirak edir


Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın "Sonuncu" bədii filmi nümayiş etdiriləcək

Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın "Sonuncu" bədii filmi nümayiş etdiriləcək

Bu ilki kino festivalında "Sonuncu" bədii filmi nümayiş etdiriləcək

Azərbaycan 4 ildir ki, Fransanın Kann şəhərində eyni adlı Beynəlxalq kinofestivalında iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında "Sonuncu" bədii filmi nümayiş etdiriləcək.

Filmi "Azərbaycanfilm" Kinostudiyası ilə "Buta films" şirkəti birgə çəkib.

Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı İdris Rüstəmovdur.

Festivalın "Rejissor ikihəftəliyi" proqramına isə Azərbaycanın istehsalı olan "Torn" qısametrajlı filmi daxil edilib.

Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.

Bundan əlavə, "Qısa filmlər guşəsi" adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur.

Bu ilki festivalda Azərbaycanın dövlət və müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinemotoqrafçı iştirak edir.

67-ci Kann Kino festivalı mayın 14-dən 25-dək davam edəcək.
XS
SM
MD
LG