Accessibility links

“Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi


 “Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi
“Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi

Azərbaycanda 3D formatında ilk animasiya filmini “3Dost” animasiya studiyası çəkib.

“3Dost” animasiya studiyası “Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi çəkir.

AzərTacın məlumatına görə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur.

Süjet xətti Yusif Şeyxova məxsusdur.

Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur.

Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır.

Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir. Filmdə 8 personaj var.

Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib.

“Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi
“Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi

Hazırda istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.

Azərbaycanda 3D formatında ilk animasiya filmini “3Dost” animasiya studiyası çəkib.

2012-ci ildə ərsəyə gələn film “Cırtdan və Təpəgöz” adlanır.

Bu layihəni davam etdirmək və serial formasında animasiya filmi çəkmək nəzərdə tutulub.

XS
SM
MD
LG