Accessibility links

Bakıda caz festivalı keçiriləcək


Bakıda caz festivalı keçiriləcək

Bakıda caz festivalı keçiriləcək

Festival oktyabrın 19–dan 30-dək davam edəcək

Oktyabrın 19-dan 30-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətinin məlumatına görə festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında və Bakı Caz Mərkəzində musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda, Azərbaycanın caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” və “Cəngi” qrupları ilə yanaşı, gənc caz musiqiçiləri də festivalda solo proqramlarla çıxış edəcəklər.

Bakı Beynəlxalq Caz Festivalı - 2014 çərçivəsində Heydər Əliyev Sarayında oktyabrın 21-də “Rast” qrupunun 20 il yubileyi qeyd olunacaq.

Oktyabrın 22-də isə Terence Blanchardın kvintetinin konserti keçiriləcək.

Caz ifaçısını konsertdə, dirijor, Azərbaycanın Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri müşayiət edəcək.

Oktyabrın 28-də cazmen, musiqiçi və bəstəkar Stanley Clarkenin qrupunun çıxışı olacaq.

XS
SM
MD
LG