Accessibility links

Bakıda Avropa Film Festivalı keçirlir [Video]


Festival mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır

Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş Səfirlikləri "Park Cinema" ilə birgə Bakıda 2014-cü il Avropa Film Festivalını keçirir.

Bu barədə Bakıda oktyabrın 30-da 5-ci Avropa Film Festivalının açılış mərasimində Aİ təmsilçisi bildirib.

Festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Nabat filmi

Nabat filmi

Avropa Film Festivalının sonuncu günü, – noyabrın 9-da Azərbaycan filmi olan "Nabat" filminin nümayişi olacaq.

Bu il Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının nüfuzlu mükafatı olan “Oskar”a təqdim olunub.

“Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir.

Avropa Film Festivalının proqramına Avropa İttifaqına üzr olan 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir.

"Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanmaq baxımından Avropa Film Festivalı təkrarolunmazdır", deyə festival ərəfəsində Aİ səfiri Malena Mard deyib.

Onun sözlərinə görə 2015-ci ildə Azərbaycanın regionlarında da bu festivalın keçirilməsi üçün yollar axtarılmalıdır.

Bütün filmlərə giriş sərbəstdir və bilet tələb olunmur. Festival noyabrın 9-dək davam edəcək.



XS
SM
MD
LG