Accessibility links

Azərbaycanın “Eurovision» mahnı müsabiqəsinin iştirakçısı Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında [Video]


 Azərbaycanın “Eurovision» mahnı müsabiqəsinin iştirakçısı Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında

Azərbaycanın “Eurovision» mahnı müsabiqəsinin iştirakçısı Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında

Sonda E.Hüseynov münsiflərdən müğənni Ebru Gündeşlə yoluna davam edəcəyini açıqlayıb

“Eurovision 2008” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında iştirak edib.

E.Hüseynov səhnəyə ingilis dilində ifa etdiyi “Lutch” mahnısı ilə çıxıb.

Bununla da o,Türkiyənin «O səs Türkiyə» məşhur mahnı yarışmasının favoriti olub.

Səhnədə Elnurun çıxışı münsifləri heyrətə gətirib.Münsiflər E. Hüseynovun ifasından şoka düşdüyünü bildiriblər.

Tamaşaçılar isə «bir daha» qışqıraraq Elnurun yenidən oxumasını istəyib.

E.Hüseynov tamaşaçıların və münsiflərin israrlı xahişi ilə ümumilikdə səhnədə dörd mahnı ifa edib.

«O səs Türkiyə» yarışmasının qaydasına görə, hər münsif səsini bəyəndiyi yarışmaçı üçün düyməni sıxır və onunla birlikdə işləməsini təklif edir. Yarışmaçı münsiflərdən birini seçir və finaladək onunla işləyir.

Elnurun ifasına münsiflərin 4 münsifin hər biri dönüb.

Sonda E.Hüseynov münsiflərdən müğənni Ebru Gündeşlə yoluna davam edəcəyini açıqlayıb.

Azərbaycan ilk dəfə 2008-ci ildə «Eurovision» mahnı müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadə dueti ilə iştirak edib. Azərbaycan həmin vaxt müsabiqədə 8-ci yeri tutub.

XS
SM
MD
LG