Accessibility links

Dünya breykdans ulduzları “Flying Steps” Bakıda çıxış edəcək


 Dünya breykdans ulduzları “Flying Steps” Bakıda çıxış edəcək
Dünya breykdans ulduzları “Flying Steps” Bakıda çıxış edəcək

Heydər Əliyev Mərkəzində premyera 70 dəqiqə davam edəcək

Dekabrın 6- 7-dəHeydər Əliyev adına Mədəniyyət Mərkəzində klassik musiqini, breyk-dansı və müasir baleti bir araya gətirən Red Bull Flying Bach şousu keçiriləcək.

Heydər Əliyev Mərkəzində premyera 70 dəqiqə davam edəcək.

Breyk-dans üzrə dördqat Dünya çempionu olan Flying Steps qrupu artıq bütün dünyanı öz çıxışları ilə fəth edib, indi isə, ilk dəfə olaraq, onlar dünya turnesi çərçivəsində Bakıda çıxış edəcəklər.

Dünya breykdans ulduzları “Flying Steps” Bakıda çıxış edəcək
Dünya breykdans ulduzları “Flying Steps” Bakıda çıxış edəcək

Red Bull Flying Bach şousunun əsas musiqi hissəsi – 1744-cü ildə müəllif tərəfindən bitirilmiş klavir üçün 48 müqəddimə və fuqadan ibarət olan, Baxın əsərləri silsiləsindən olan, "Yaxşı temperasiya edilmiş klavir"-in interpretasiyasından ibarətdir.

Red Bull Flying Bach şousu 2010-cu ildə almaniyanın musiqi sahəsində ən böyük Echo Klassik Awards mükafatlandırma mərasimində klassik musiqidə görkəmli nailiyyətlər nominasiyasının qalibi olub.

2012-ci ildən başlayaraq, komanda Sinqapur, Yaponiya, Avstraliya və ABŞ daxil olmaqla, dünyanın bütün maraqlı yerlərində konsertlərlə çıxış edir.

XS
SM
MD
LG