Accessibility links

"Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb


"Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb

"Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb.

Nazirliyin məlumatına görə, yazıçı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.

Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və Kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır.

XS
SM
MD
LG