Accessibility links

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək


Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

2015-ci ilin 20-24 aprel tarixlərində Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

Nazirliyin məlumatına görə, festival çərçivəsində 20 aprel saat 12:00-da Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri keçiriləcək.

Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayev, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində 21 aprel saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında "Laut Käfig" ətrafında proqram, 22 aprel saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsareqradskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı Multimedial Layihənin təqdimatı, 23 aprel saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında Multimedial Opera proqramı keçiriləcək.

Festivalın bağlanış mərasimi 24 aprel saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

XS
SM
MD
LG