Accessibility links

Azərbaycanda Koreya kinosu festivalı açılır


Bakıda Koreya kinosu festivalı açılır

Bakıda Koreya kinosu festivalı açılır

Festivalda 2008-2013-cü illərdə istehsal olunmuş 10 Koreya filmi nümayiş olunacaq

İyulun 6–dan avqustun 15-dək ölkənin 5 regionunda Azərbaycanda Koreya kinosu festivalının keçirilməsi planlaşdırılır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin SEBA Assosiasiyasının yaydığı xəbərə görə, festivalda 2008-2013-cü illərdə istehsal olunmuş 10 Koreya filmi nümayiş olunacaq.

Festival Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq.
İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalının rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış "Əbədi olan an" ("Forever The Moment") filmi göstəriləcək.

Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış "Ana" filminin nümayişi ilə yekun vurulacaq.

XS
SM
MD
LG