türkiyənin TRT televiziyası "Bilinməyən tarix, Nargin adası əsarəti" adlı sənədli filmin çəkilişlərinə başlayıb.
TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin iyulun 12-dək davam edəcəyini bildirib.
Sənədli filmın çəkilişləri Bakı, Nargin adası və Gəncədə aparılır.
Sənədli film, birinci Dünya Müharibəsində Nargin adasında Rus Ordusu tərəfindən əsir götürülən Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.