Accessibility links

"Arşın mal alan" Hollivudda


Hollivudda nümayiş olunacaq
Hollivudda nümayiş olunacaq

Film “Ricardo Montalban” kino-teatrında təqdim ediləcək

1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş etdiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası olacaq.

Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kino-teatr kimi düşmüş “Ricardo Montalban”-da təqdim ediləcək.

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG