Accessibility links

Bakıda rəssam Lyubov Mircavadovanın sərgisi açılıb


Bakıda rəssam Lyubov Mircavadovanın sərgisi açılıb

Bakıda rəssam Lyubov Mircavadovanın sərgisi açılıb

Sərgidə firça ustasının Fransa mədəniyyəti mövzusunda 25 rəsm portreti nümayiş olunub

Sentyabrın 15-də rəssam Lyubov Mircavadova “Fransa mədəniyyətindən təsirlənərək” adlı rəsm sərgisi açılıb.

Fransanın Azərbaycandakı səfirliyində baş tutan sərgi bir sıra mədəniyyət və incəsənət nümayəndələrinin iştirak ilə keçirilib.

Sərgidə firça ustasının Fransa mədəniyyəti mövzusunda 25 rəsm portreti nümayiş olunub.

Bakıda rəssam Lyubov Mircavadovanın sərgisi açılıb

Bakıda rəssam Lyubov Mircavadovanın sərgisi açılıb

Fransa mövzusunda keçirilən bu yeni sərgi rəssamın Fransa mədəniyyətinə olan münasibətini nümayiş etdirir, onun filmləri, özünəməxsus yaşam tərzi,onun memarlığı əsərlərində əks olunub.

Sərgini giriş sözləri ilə açan Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sərginin əhəmiyyətindən söz açıb.

Fransanın mədəniyyət və incəsənət sahəsinə böyük önəm verdiyini qeyd edən diplomat belə sərgilərin açılmasının hər zaman maraqla qarşılandığını diqqətə çatdırıb.

L.Mircavadova ona göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

2010-cu ildə İncəsənət və Ədədbiyyat Ordeninin Kavaler dərəcəsi ilə təltif olunmuş Lyubov Mircavadova Fransa Səfirliyinn və Azərbaycanda Fransa İnstitutunun dəstəyi ilə əsərlərini ilk dəfə təqdim etmir.

1999-cu ildə Jorj Sand adına Fransa Mədəniyyət Mərkəzində və2005-ci ildə Azərbaycanda Fransa İnstitutununda sərgi keçirilib.

XS
SM
MD
LG