Accessibility links

Smitsonian İnstitutunun nümayəndə heyəti Azərbaycandadır


Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı həyata keçirilir

ABŞ-ın Azərbaycandakı səfirliyi 16-20 noyabrda dünyada tanınmış Smitsonian İnstitutunun nümayəndə heyətini qəbul edəcək.

ABŞ səfirliyinin məlumatında deyilir ki, Birləşmiş Ştatlar və Azərbaycan arasında mədəniyyət sahəsində mövcud olan əməkdaşlığı vurğulamaq məqsədilə səfirlik bu proqramı həyata keçirir.

Noyabrın 16-da səfir Sekutanın adından Smitsonian İnstitutunun Asiya Mədəniyyəti Tarixi Proqramının Direktoru və Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə kurator Dr. Pol Teylorun və Azərbaycanda mədəniyyət sahəsində çalışan liderlərin şərəfinə şam yeməyi təşkil olunub. Qəbulda ABŞ-ın Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi proqramı çərçivəsində Nyu-York şəhərindən Azərbaycana səfər edən “Gabrielle Stravelli” qrupunun caz musiqi konserti təqdim olunub.

Smitsonian İnstitutunun mütəxəssisləri eyni zamanda Heydər Əliyev Mərkəzinə, Milli Xalça Muzeyinə, Müasir İncəsənət Muzeyinə, Milli İncəsənət Muzeyinə, “YARAT” təşkilatına, Arxeologiya və Etnoqrafiya Muzeyinə, Əlyazmalar İnstitutuna və Qubadakı Gümbəzli hamama səfər edəcəklər.

Təqdimatlar “YARAT” təşkilatında, Milli İncəsənət Muzeyində, Azərbaycan Milli Elmlər Akademiyasında, Quba Tarix Muzeyində və Bakı Amerika Mərkəzində keçiriləcək.

Azərbaycanın zəngin tarixini vurğulamaqla bərabər, Amerikanın milli muzeyi – Smitsonian İnstitutunun üç muzey mütəxəssisi, 100 nəfərdən çox azərbaycanlı alimin və muzey mütəxəssislərinin iştirakı ilə Bakı və Quba şəhərlərində “Muzeylərdə, Tarixi Obyektlərdə və Mədəniyyət Mərkəzlərində 21-ci Əsrin Kuratorluğu” mövzusunun müzakirəsinə həsr olunacaq seminarlar keçirəcəklər. Bu seminarlar, Birləşmiş Ştatlar Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əsasında təşkil olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG