Accessibility links

Silver City Bound qrupu Azərbaycana gəlib


Bakıda Amerika günləri
Bakıda Amerika günləri

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 16-22 mayda Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.

ABŞ-ın Bakıdakı Səfirliyindən Amerikanın Səsinə daxil olan məlumatda deyilir ki, Azərbaycanda olarkən Silver City Bound qrupu ABŞ Səfirliyi tərəfindən 13-22 mayda təşkil olunan Amerika Günləri çərçivəsində müxtəlif ictimai konsertlərlə çıxış edəcək və yerli musiqiçilər üçün ustad dərslər keçirəcək. Həmin konsertlər Sumgayıt, Quba və Bakıda yerləşən Muğam Mərkəzi və Bayraq Meydanındakı Yaşıl Kafedə keçiriləcək.

Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalmış Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb.

Özünün xarici turnelərindən əlavə olaraq, Silver City Bound qrupu “Jazz at Lincoln Center”, SFJAZZ, Stanford Jazz Festivalı, Şimalı Karolina Məktəbinin İncəsənət Universiteti və digər məşhur incəsənət təşkilatlarının köməyi ilə ABŞ-da 200-dən çox konsertlər və ustad dərsləri keçirib. Göstərilən təşkilatlar Amerika musiqisinin çoş mədəniyyətli mənşəyini tədqiq edir və eyni zamanda auditoriyalara improvizasiya, şifahi tarix, ritm və blyuz kimi konsepsiyaları təqdim edir.

Bu qrup Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçilmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG