Accessibility links

Azərbaycanda Amerika Günləri festivalı başa çatır [Video]


Azərbaycanda Amerika Günləri festivalı başa çatır.

Azərbaycan Dillər Universitetində Bakıda keçirilən Amerika Günlərinin bağlanış mərasimi olub.

Mərasimdə iştirak edən Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitet və ABŞ səfirliyinin birgə təşkil etdiyi Amerika Günləri çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini bildirib.

Bağlanış mərasimində Silver City Bound musiqi qrupu açıq havada konsert verib.

Mayın16-dan Azərbaycanda ilk dəfə səfərdə olan Silver City Bound qrupu Amerikanın bluqrass musiqi janrında ifa ediblər.

Azərbaycanda maraqla qarşılanan Silver City Bound qrupunun ifa etdikləri bluqrass janrı özündə ənənəvi İrland, Şotlandiya və İngilis musiqisinin köklərini birləşdirir.

Daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb.

ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stiven Qays Amerika Günlərinin Azərbaycanda elan olunan “Multikulturalizm ili” çərçivəsində təşkil olunduğunu deyib. O bildirib ki, bu müddətdə ABŞ-dan gəlmiş rəqs qrupu, musiqi qrupu, DJ konsert verib, amerikalı fotoqrafın fotosərgisi təşkil olunub və amerikalı aşpazın hazırladığı yeməklər azərbaycanlılara təqdim edilib. O, ABŞ-dan gəlmiş qonaqların Azərbaycanın bölgələrində də çıxış etdiklərini söyləyib.

Mayın 14-21-də keçirilən Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və iki ölkə arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

XS
SM
MD
LG