Accessibility links

Paytaxtda rəssamların açıq havada satış-sərgi ənənəsi bərpa olunub


 Rəssamlar 'Torqovı'ya qaytarıldı
Rəssamlar 'Torqovı'ya qaytarıldı

Bakının mərkəzində Fəvvarələr meydanının yaxınlığında açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi yenidən fəaliyyət göstərməyə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının məlumatına görə, satış-sərgi yerinin bərpası bu qurumun və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.

Bir vaxtlar “pasaj” kimi tanınan bu məkanda ilin bütün fəsillərində suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar satılıb.

Bir neçə il öncə bu məkan heç bir səbəb göstərilmədən dağıdılıb. Rəssamların əl işləri gözə dəymirdi.

Nazirliyin fikrincə, köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır.

Qurulmuş stendlərdə müxtəlif rəssamların əsərləri yer alıb.

Burada köhnə Bakının rəsmləri ilə yanaşı, portret janrında çəkilmiş əsərlər də gözə dəyir.

Azərbaycanın qonşusu olan Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi küçələrində də bu ənənə davam etdirilir. Rəssamlar ölkəyə gələn turistlərin və sakinlərin tablo üzərində fırça ilə şəkillərini çəkirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG