Accessibility links

Səfir rayonda turizm imkanlarını öyrənib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta regionda turizm və iqtisadi inkişafı artırmaq üçün mövcud olan səylər haqqında müzakirələr aparmaq məqsədilə İsmayıllı rayonuna (Bakıdan 170 kilometr şimal-qərb) səfər edib.

ABŞ səfiri İsmayıllı rayonuna səfər edib

ABŞ səfiri İsmayıllı rayonuna səfər edib

ABŞ səfirliyinin Facebook səhifəsində yaydığı məlumata görə, cənab Sekuta ərazidə zibillənməyə qarşı layihənin həyata keçirilməsindən xoş təəssürat alıb. “Bu layihədə ətraf mühitin və bölgənin təbii gözəlliyinin qorunmasında hər kəsin roluna dair ictimai məlumatlılığı yaratmaq nəzərdə tutulub”.

ABŞ səfiri İsmayıllı rayonuna səfər edib

ABŞ səfiri İsmayıllı rayonuna səfər edib

Səfir həmçinin yerli suvenirləri görmək üçün şəhər mərkəzində yerləşən turist bazarını ziyarət edib və buraya daha çox turist cəlb etmək təşəbbüsünü yüksək qiymətləndirib.

Cənab Sekuta həmçinin icmanın tarixi və kənd təsərrüfatı təcrübələri haqqında məlumat almaq üçün İvanovka kəndinə gedib.

O, qədim Lahıc kəndini ziyarət etmək üçün tezliklə bu regiona dönmək arzusundadır.

XS
SM
MD
LG