Accessibility links

Səfir Sekuta ABŞ mübadilə proqramları məzunlarını salamlayıb [Fotoqalereya]


Tədbirin musiqili qonaqları amerikalı qrup “Matuto” idi

Sentyabrın 23-də ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta öz igamətgahında 300 məzundan çox ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının məzunlarını salamlamaq üçün qəbul təşkil edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Amerikanın Səsinə daxil olan press-relizində deyilir ki, tədbirdə yeni qayıtmış məzunlar və keçmiş illərin məzunları iştirak ediblər.

Tədbir ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən mübadilə proqramlarının növbəti uğurlu ilini qeyd etmək və ABŞ təhsilli Azərbaycan məzunları ictimai birliyinə (AAA) qoşulan yeni məzunları salamlamaq məqsədi daşıyır.

ABŞ səfiri, İctimaiyyətlə əlaqələr üzrə yeni şöbə müdiri Karolina Savec, Mədəni əlaqələr üzrə müşavir Emi Petersen və ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin İdarə heyətinin sədri Əliyar Huseynovun rəsmi salamlasından sonra tədbir 2016-2017-ci il üzrə “Alumni MAX” proqramının qaliblərinin adlarının açıqlanması və 2016-cı ilin fəal məzunlarının mükafatlandırma mərasimi ilə davam edib.

Tədbirin musiqili qonaqları amerikalı qrup “Matuto” idi.

Qrupun Braziliya forro rəqs elementləri və Amerikaya məxsus bluegrass musiqi janrındanyaratdıqları ritm hər bir tamaşaçını dərhal rəqs etməyə sövq edir.

Qrupun Bakı, İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb və səfər zamanı qrup ictimai konsertlər verəcək.

Matuto qrupunun Azərbaycandakı bütün çıxışları pulsuz və ictimaiyyət üçün açıqdır:

Azərbaycanda 6000-ə yaxın ABŞ mübadilə proqramlarının məzunları var. Bu məzunların əksəriyyəti ABŞ-da əldə etdikləri bilik və təcrübənin sayəsində öz sahələrində aparıcı mütəxəssis olaraq yetişmişlər və öz fəaliyyətlərində Azərbaycanın inkişafı üçün töhfələr verirlər.

XS
SM
MD
LG