Accessibility links

Əlilliyi olan gənclərin ƏSA teatrı ilk tamaşasını göstərib [Video]


Əlilliyi olan gənclərdən ibarət "Əsa" teatrı ilk tamaşasını göstərdi
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Azərbaycanda fiziki məhdudiyyəti olan insanlar ilk teatrını yaradıb

Azərbaycanlı gənclər fərqli bir layihəyə imza atıb.

Belə ki gənclər birləşərək Azərbaycanda ilk dəfə olaraq fiziki məhdudiyyəti olan insanlardan ibarət ƏSA teatrını yaradıb.

Noyabrın 20-də ƏSA teatrı "Dumb" adlı ilk tamaşasını göstərib.

Mesajlar aydın şəkildə, çox yaxşı verilirdi. İlkin başlanğıc əla, super idi!

Psixo-dram janrında qurulan tamaşada bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edilir.

Həyatını aldığı xəsarətdən qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür.

Tamaşadakı rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edib.

ƏSA teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə tamaşa bitəndən sonra Amerikanın Səsinə qısa müsahibə verib.

İnsan düzgün seçim etmək üçün düzgün yola düşməlidir.

O, müsahibəsində hazırladıqları tamaşa vasitəsilə cəmiyyətə vermək istədiyi mesajdan bəhs edib.

Tamaşanı izləyənlər arasında bir çox teatr xadimləri də var idi.

Aktyor İlqar Cahangir "ƏSA" teatrının ilk tamaşası haqqında fikilərini bölüşərək, bu layihəyə dəstək verdiyini deyib.

Tamaşanı izləyən tamaşaçılar da öz təəssüratlarını Amerikanın Səsinə bölüşərək, yeni layihə haqda müsbət fikirlərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG