Accessibility links

Bahar Azərbaycana martın 20-də qədəm qoyacaq


Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası bildirib

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də Bakı vaxtı ilə saat 14.29-da baş verəcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

Beləliklə, Azərbaycanda Novruz bayramı başlayacaq. Novruz bayramı Azərbaycanda həm dövlət, həm də xalq tərfindən geniş şəkildə qeyd edilir. Novruz bayramı dövlət bayramları sırasına daxildir, bu il 9 gün iş olmayacaq.

Mikayılovun sözlərinə görə, martın 19-da günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an günəş yerin hərəkət müstəvisi ilə yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG