Accessibility links

Azərbaycanda "Human" adlı yeni müstəqil teatr yaradılıb [Video]


"Human" adlı ilk müstəqil teatr

Bu teatrın yaranmasının əsas məramı humanizmdir

Azərbaycanda yeni müstəqil teatr yaradılıb.

"Human” adlı teatr müasir dünyada zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır.

Bu teatrın repertuarında humanizm ideyalarından, gender problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs edən tamaşalar yer tutacaq.

İlk tamaşası olan "Üçüncü" tragikomediyası insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən başqalarının həyatını qurban verməsindən bəhs edir.

Tamaşa polşalı dramaturq Slovomir Mrojekin "Karol” tragikomediyası əsasında hazırlanıb.

"Üçüncü” tamaşasını aktyorlar Elgün Həmidov, Ziya Ağa və Şamil İbrahimov ifa edəcək.

Tamaşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, teatr və kino aktyor, əməkdar artist Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.

Premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda yerləşən teatr zalında olacaq.

Teatrın direktoru isə Akademik Milli dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyor Şamil İbrahimovdur.

XS
SM
MD
LG