Accessibility links

Bakıda Berlinin rəmzi olan "Baddi ayısı"nın heykəli qoyulub [Video]


Bu heykəl iki ölkə arasında dostluğun rəmzi olacaq

Bu gün Bakıda Almaniyanın Azərbaycandakı səfirliyinin yerləşdiyi ISR Plazanın qarşısında Berlinin rəmzi olan "Baddi ayısı"nın heykəlinin açılışı olub.

Açılış mərasimində çıxış edən səfir Mixael Kindskrab bildirib ki, bu heykəl iki ölkə arasında dostluğun rəmzi olacaq.

Səfirin sözlərinə görə, ayının heykəlinin Bakıda qoyulması ideyası bir müddət əvvəl səslənib:

"Bakıya ayının heykəli ağ şəkildə gəlib. Daha sonra səfirlik və rəssamlıq akademiyası müsabiqə elan edib və Azərbaycanlı rəssam tərəfindən rənglənib".

M. Kindskrab bildirib ki, diplomatik münasibətlərin 25 illiyində qoyulan bu heykəl iki ölkə arasında dostluğun simvoludur.

Səfir bildirib ki, Müstəqilliyin ilk vaxtlarından Almaniya Azərbaycanla diplomatik əlaqələr qurub.

“Ötən 25 ildə gələcək əlaqələr üçün gözəl baza yaratmışıq. İkitərəfli əməkdaşlıq çərçivəsində insanlar turizm və təhsil sahəsində bir-biri ilə münasibətlər qura bilib", səfir deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG