Accessibility links

Jurnalistlər 60 dəfə fiziki və psixoloji təzyiqlərə məruz qalıb


Media Hüququ İnstitutu
Media Hüququ İnstitutu

Media Hüququ İnstitutu “Azərbaycanda medianın hüquqi vəziyyəti – 2012” hesabatını aqçıqlayıb

Media Hüququ İnstitutu (MHİ) “Azərbaycanda medianın hüquqi vəziyyəti – 2012” hesabatını dərc edib. Hesabatda ölkədə mətbuat azadlığının vəziyyəti qiymətləndirilir.

Sənəddə Azərbaycanda jurnalistlərə qarşı cinayət və təzyiq faktlarının səmərəli araşdırılması təcrübəsi olmadığı qeyd edilir. Bütün bunlar jurnalistləri qorxudur, onları tənqidi materiallar dərc etməkdən çəkindirir.

MHİ-nin məlumatına görə, 2012-ci ildə jurnalistlər az 60 dəfə fiziki və psixoloji təzyiqlərə, hədələrə, izlənməyə, qanunsuz həbslərə, texniki maneələrə məruz qalıb. Söhbət tənqidi mövqeyi ilə tanınan KİV-lərin – “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, “Yeni Müsavat”, Turan agentliyinin, objective.tv on-line televiziyanın jurnalistlərindən gedir.

Rəsmi araşdırmalara baxmayaraq, onlardan heç biri sona qədər aparılmayıb və heç kim cəzalandırılmayıb.

2012-ci ildə İnternetdə jurnalist Xədicə İsmayılovanın intim həyatından gizli kamera
ilə çəkilmiş kadrlar yayılıb. Bundan əvvəl hökumətin nəzarəti altında olan Lider telekanalında “Azadlıq” qəzetinin əməkdaşları Natiq Adilov və Tural Əliyevin intim həyatı ilə bağlı kadrlar göstərilib.

2012-ci ildə müxtəlif ittihamlarla 10 jurnalist həbs edilib, onların bəziləri ilin sonunda əfv edilib, bununla belə, 7 nəfər: “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, azadxeber.org saytının rəhbəri Nicat Əliyev, telejurnalistlər Vüqar Qonaqov və Zaur Quliyev hələ də həbsdədir.

Bundan başqa, Fərəməz Allahverdiyev 4,5 il müddətinə həbs edilib.
Qəzetlərə qarşı böyük məhkəmə cərimələri də senzura rolu oynayır. 2012-ci ildə diffamasiya ilə bağlı 35, ən çox “Azadlıq”, “Yeni Müsavat”, “Xural” və “Gündəm xəbər” qəzetlərinə qarşı məhkəmə iddiası qaldırılıb. Mediaya qarşı məhkəmə cərimələrinin ümumi məbləği 200 000 manat təşkil edib.

Eyni zamanda, jurnalistlərə qarşı xüsusi ittiham qaydasında 7 iddia qaldırılıb, lakin məhkəmələr onları təmin etməyib.

2012-ci ildə informasiya əldə etmək, hüquqi şəxslərin dövlət qeydiyyatı, kommersiya sirri haqqında qanunlara məhdudlaşdırıcı dəyişikliklər edilib.
Düzəlişlərə əsasən, icazəsiz audio-video çəkiliş aparılması qadağan edilib, bəzi informasiya növlərinə görə ödəniş təbliğ edilib, hüquqi şəxslərin sahibləri haqqında qeydiyyat məlumatları kommersiya sirri elan edilib.

Çap KİV-lərinin yayılmasında problemlər var. 2011-ci ildə qəzetlərin yayılması üzrə 700 köşk var idisə, 2012-ci ildə 200 köşk ləğv edilib. Yeni köşklər müxalif KİV satışından imtina edir.

“Hökumətyönümlü KİV-lər Prezident Administrasiyası tərəfindən dəstəklənir. Belə ki, 2012-ci ilin sonlarında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlət qurumlarına 13 adda KİV-ə abunə yazılmaq tövsiyəsi yer alan sərəncamının surəti mətbuatın əlinə düşüb”, deyə hesabatda bildirilir.

2012-ci ildə bloger Elnur Məcidli (mühacirətdədir) və sosial şəbəkələrin fəal istifadəçisi, RATİ-nin reportyoru Mehman Hüseynova qarşı cinayət işləri açılıb.

Teleradiokanallar, tezliklər, Televiziya və Radio Şurası hökumətin nəzarəti altında qalır. Üç dövlət telekanalı dövlət büdcəsindən maliyyələşir. Qanunun boş tezliklər üçün müsabiqə keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG