Accessibility links

Həsən bəy Zərdabi mükafatının qalibləri bəlli olub


Həsən bəy Zərdabi

Həsən bəy Zərdabi

Azərbaycan Jurnalistlər İttifaqının katibliyi bu gün bu il üçün Həsən bəy Zərdabi mükafatının qaliblərinə mükafatların təqdim edilməsi mərasimini keçirib.

Turan Agentliyinin məlumatına görə bu ilin qalibləri arasında təkcə çap və elektron media jurnalistləri deyil, həm də ekspertlər və mətbuat xidməti işçiləri də var.

Jurnalistlər İttifaqının sədri Elçin Şıxlının sözlərinə görə, bu mükafat ənənəvidir və müxtəlif sahələrdə nailiyyətlərə görə verilir.

Həsən bəy Zərdabi mükafatının qalibləri

Həsən bəy Zərdabi mükafatının qalibləri

Belə ki, sənətşünas Ülkər Əliyeva mədəniyyət sahəsində elmi araşdırmalara görə, İrina Kalaşnikova (“Gəncə Xəbərləri”) regional mətbuatın inkişafında xidmətlərə görə; publisist Zöhrə Əsgərova “Tarixi yaddaş və saxtalaşdırılmış tarixlər” kitabına görə, Sadiq Gözəlov (DİN-in mətbuat xidməti) ictimaiyyətlə əlaqələr üzrə işinə görə; Ələsgər Məmmədli media hüquqları sahəsində araşdırmalara görə; Rəşad Məmmədov (Şəki TV) regional televiziyanın inkişafına dəstəyə görə; Xatirə Rəhimli (hərbi jurnalist) hərbi reportajlara görə mükafata layiq görülüb. Mükafata layiq görülənlər arasında “Azadlıq” qəzetinin müəllifi Zümrüd Yağmur, ANS kanalında “Beş barmaq” verilişinin müəllifi və aparıcısı Ülvira Qarayeva; “Fashion Passage” jurnalının redaktoru Nərminə Ağası, “Xalq qəzeti”nin əməkdaşı Vaqif Bayramov, “Media FM” radiosunun təsisçisi Tural Əliyev də var.

Zümrüd Yağmur öz çıxışında bildirib ki, bu mükafatı hazırda həbsdə olan jurnalistlərin və blogerlərin adından alır.

Zərdabi mükafatı uzun illərdir hər il jurnalistika sahəsində nailiyyətlərə görə təqdim edilir və ən nüfuzlu mükafatdır.

XS
SM
MD
LG