Accessibility links

Xədicə İsmayıl həbs edildi [Videolar]


Jurnalistə qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb

Dekabrın 5-də axşam saatlarında Səbael rayon Məhkəməsi jurnalist Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hakimlər üç saatdan çox müşavirədə qalıb və yalnız bundan sonra qərarı elan ediblər.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb.

Jurnalist ittihamı qəbul etmir və peşə fəaliyyəti ilə izah edir.

****

Dekabrın 5-də prokurorluq jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı təqdimat verib.

Hazırda o, Səbail Rayon Məhkəməsinə aparılıb.

Vəkil Elton Quliyev Amerikanın Səsinə bildirib ki, məhkəmənin onunla bağlı həbs qərarı çıxaracağını ehtimal edir.

Jurnalist ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.

Bu il fevralın 17-də Xədicə İsmayıl «facebook» şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb.

Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist ona bu materialı hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin materialda öz adının hallandığını iddia edən Elman Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Öz növbəsində, İsmayılova yaydığı sənəddə Həsənovun soyadının olmadığını və şəxslərlə bağlı olan məqamları sildiyini qeyd edir

Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi rayon məhkəməsində proses gedir.

Xədicə İsmayılın bu işlə bağlı Binəqədi rayon məhkəməsindəki prosesi dekabrın 9-na təyin olunub.

XS
SM
MD
LG