Accessibility links

Livanlı gənclər təriqətlərarası zorakılıqların qınanılması yolu kimi sosial mediadan geniş istifadə edir. Biz vaxtlar Livan problemlərdən danışan 20-yə yaxın insan var idi. Lakin dekabr ayının 30-da 16 yaşlı oğlan da daxil edilməklə, 7 adamın öldürülməsi ilə nəticələnən hadisədən sonra minlərlə gənc sosial mediada problemdən danışmağa,ona münasibət bildirməyə başladı. Gənclər zorakılıqlarda ölənlərin şəhid deyil, qurbanlar olduğunu yazıb. Gənclər intiharçıların şəhid hesab edilməsini fikrini də rədd edib.

Online etirazları, Twitter haştaqları, Facebook postları getdikcə artmaqdadır.
Təşkilatçılardan biri, bloger Gino Reydinin dediyinə görə, gənclərin fəallığı onu təəccübləndirir. O deyir ki, dostları ilə gəzməyə çıxan 16 yaşlı Məhəmməd Çaarın öldürülməsini hər bir gənc şəxsi qəbul edir. “Bunun bizə təsiri böyükdür. Bu, hamıya aid ola bilər. Yeniyetmə gəncin ölümü nə siyasi siu-qəsd, nə də müharibədə verilən
itkidir.”

Son zamanlar həyata keçirilən hücumların əksəriyyətinin kamikadze hücumu olması narahatlıqlara səbəb olub. Bu hallar 1975-1990-cı illərin vətəndaş müharibəsi dövründə nadir hesab edilirdi.
Yeniyetmə gəncin ölümü nə siyasi siu-qəsd, nə də müharibədə verilən itkidir

Çox hallarda mülki əhalini hədəf alan kamikadze hücumlarının məqsədi qorxu yaratmaq, çoxsaylı itki verilməsidir.

Təşkilatçılar “Mən” deyilən hərəkatın dəyişikliyə nail olacağına ümid edir. Bu hərəkat əsasən polisin gənclərlə rəftarı və narkotik maddələrlə bağlı qanunlar kimi həyati məsələləri əhatə edir.

Lakin digərləri bunun sadəlöhlük olduğunu düşünür. İnsan haqları müdafiəçisi Rania Məsri onlardan biridir. “”Mən” hərəkatında məni məyyus edən bir tərəf var. Onlar insanların nəyə görə şəhid olduqları, zorakılıqların mahiyyətini anlamaqdansa, onları yalnız dayandırmaq istəyirlər. Məncə bu, siyasi apatiyadır.”

“Mən” hərəkatının təşkilatçıları Ərəb Baharının fərdi hüquqlar uğrunda mübaizə aparanların yardımı ilə vüstər aldığını deyir. Onlar hərəkatın dəyişikliyə nail olacağına inanır.
XS
SM
MD
LG