Accessibility links

2016-cı il seçkilərində medianın rolu


2016-cı il seçkiləri və media
please wait

No media source currently available

0:00 0:02:50 0:00

2016-cı il ABŞ prezident seçkilərində media indiyə qədər görünməmiş bir sınaqla qarşılaşır. Jurnalistikanın əsas prinsiplərindən biri balans saxlamaqdan ibarətdir. Lakin respubikaçı namizəd Donald Trampın ziddiyətli açıqlamaları və sağ cinahın medianın demokrat namizəd Hillari Klintona tərəfkeşlik etməsi haqda iddiaları siyasi xəbərlərin özünün seçkinin bir hissəsinə çevrilməsinə səbəb olub.

Media 2016-cı il seçkilərinin əsas qəhrəmanlarından birinə çevrilib. Bunun əsas səbəbi Amerika Mətbuat İnstitutunun nümayəndəsi Tom Rosenstiyelin fikrincə, Donald Trampla əlaqədardır. “Ümumiyyətlə Respublikaçılar partiyası, xüsusilə də Donald Tramp mətbuatın səriştəsiz olduğunu deməklə, onu indiyə qədər görmədiyimiz bir şəkildə şərləyərək bu seçkinin bir obrazına çevirib.”

Tramp tərəfdarları mətbuatı qərəzli olmaqda günahlandırdığı halda, Klinton tərəfdarları medianı “saxta balans” yaratmaqda ittiham edir. Onlar deyir ki, Klintonun səmimi olmadığı kimi qəbul edilən sözləri Trampın səmimi olmadığı ifadələrlə bərabər ölçülmür.

Tom Rosenstiyel: “Əgər mənim işim Hillari Klintonun dediklərinin doğru olub-olmadığını təhlil etməkdirsə, mən hər vəchlə bunu etməyə çalışacam. Mən deməyəcəm ki, dünənki xəbərdə Donald Trampın dedikləri ilə müqayisədə bunların yalnız üçdə biri ciddidir. Yəni mən o üçdə bir hissəni götürməyəcəm.”

İspaniya radio televiziya şirkəti RTVE-nin Vaşinqton müxbiri Dori Toribio deyir ki, o, müxbirlərin qərəzli olduğuna inanmır.

Dori Toribio: “Media Donald Trampı onun etdikləri və dediklərinə görə tənqid edir. Ona görə yox ki siyasi cəhətdən qərəzlidir.”

Toribio deyir ki, bir mühacir və bir qadın kimi Trampın kampaniyasını işıqlandırmaq onun üçün nə qədər çətin olsa da, o, mühacir və qadın kateqoriyalarından çıxış etmir və neytral qalmağa çalışır.

Milli Mətbuat Klubunun nümayəndəsi Tomas Burr isə deyir ki, müxbirin vəzifəsi faktları uydurmadan ayırmaqdan ibarətdir. “Bu, jurnalistin demokratik cəmiyyətdə seçiciləri və ictimaiyyəti namizədlərin nə dediyi və bunların doğru olub-olmadığı ilə bağlı maarifləndirmək kimi mühüm və olduqca vacib rolundan ibarətdir.”

Lakin Tom Rozenstiyel deyir ki, jurnalistin artbitr rolunu oynaması cəmiyyətə baha başa gələ bilər. “Jurnalistlərdən bizim istədiyimiz nədir? Bəziləri deyir ki, mənim işim vətəndaşların adından nələrin baş verdiyini öyrənmək, həqiqəti aşkar etmək, nə, harada və necə deyildi, bunun motivləri nə idi kimi sualları araşdırmaqdır. Lakin bunu vətəndaşlar müəyyən etməlidir.”

Gələn il yanvar ayında Ağ Evə kimin gələcəyindən asılı olmayaraq, bu seçki qeyri-adi bir kampaniya kimi yadda qalacaq. Həm namizədlər, həm də seçkini işıqlandıran jurnalistlər üçün.

XS
SM
MD
LG