Accessibility links

Araşdırmaçı jurnalist müstəntiqin hərəkətlərini psixoloji təzyiq kimi qiymətləndirir


jurnalist Xədicə İsmayılova
jurnalist Xədicə İsmayılova

Jurnalist martın 13-də yenidən çağırılıb

Martın 12-də araşdırmaçı jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə yenidən çağırılıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın Amerikanın səsinə verdiyi məlumata görə bu gün dindirmə zamanı onlar yenə də X.İsmayılovanın restoranda amerikalılarla görüşü ilə maraqlanıblar.

O, dövlət sirrinin açıqlanmasına dair iş üzrə dindirilir.

Buna görə də cinayət işinin qaldırılmasına X.İsmayılovanın öz Facebook səhifəsində müxalifət nümayəndəsinin pulun müqabilində ələ alınması barədə MTN-nin sənədini dərc etməsi səbəb olub.

O,bildirib ki ona “Onlar haranın itidir ki, Azərbaycanın problemləri maraqlandırır”, - müstəntiq deyib.

Jurnalist bildirib ki, müstəntiq ona qarşı rəftarnı psixoloji təzyiq kimi qiymətləndirib.

"Müstəntiq elə durmadan deyirdiki mən buna hökmən olduğu kimi imza atmalıyam.
Mən axırda qulaqlarımı tutudum və dedim ki, nə vaxt ki , mənə normal protokol verərlər onda onu imzalayaram" deyib.

X.İsmayılova deyib ki, müstəntiq protokolu deyilənləri olduğu kimi etməyib.

Bu zaman jurnalist sualın eyni, verildiyi formada protokola daxil edilməsini tələb edib.

Lakin müstəntiq bunu etməyib. Belə olan halda jurnalist özü protokolu imzalamazdan öncə bu sualı ora əli ilə daxil edib.

Jurnalist Xədicə İsmayıl müstntiq ona tez-tez hələlik şahid qismində çağrıldığını xatırladıb.

Həbs olunması məsələsinə gəldikdə isə jurnalist “problem deyil mən hazıram”deyə fikrini bildirib.
Xədicə İsmayıl yenidən martın 13-də dindirilməyə çağırılıb.

Araşdırmaçı jurnalist müstəntiqin hərəkətlərini psixoloji təzyiq kimi qiymətləndirir
please wait

No media source currently available

0:00 0:05:35 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG