Accessibility links

"Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 47 yaşı tamam olur [Video]


Sabir Hüseynov oğlu Elmar Hüseynov qəbri başında
Sabir Hüseynov oğlu Elmar Hüseynov qəbri başında

İyulun 17-də "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 47 yaşı tamam olur.

O, 2005-ci il martın 2-də qətlə yetirilib.

Jurnalistlər, hüquq müdafiəçiləri onun xatirəsini yad edərək məzarı önünə çiçək dəstələri qoyublar.

Məzarın önünə toplaşanlar söz azadlığından, azad vətəndaş jurnalistikasının inkişafına Elmarın töhfəsindən danışıblar.

“Elmarın qatilləri düşünürdülər ki, onun ölümü ilə Azərbaycanda fikrin ifadə olunması azadlığı tədricən yox olacaq. Əksinə, hər dəfə Elmarın doğum günündə, Beynəlxalq Mətbuat Həmrəyliyi və Milli Mətbuat günündə vətəndaş cəmiyyəti onun məzarının önündə öz birliyini nümayiş etdirir”, - “Azadlıq” qəzetinin şərhçisi Rövşən Hacıbəyli bildirib.

Reportyorların Azadlıq bə Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, Elmar Hüseynov Fondunun təsisçiləri vergi orqanları tərəfindən götürülmüş sənədlərin qaytarılmasına nail olmaq və fondun fəaliyyətini bərpa etmək qərarına gəliblər.

Elmarın atası Sabir Hüseynov oğlunun xatirəsinə göstərilən hörmətə görə toplaşanlara təşəkkür edib və ümidvar olduğunu bidirib ki, Elmarın qatılləri əvvəl-axır məhkəmə qarşısında dayanacaq.

Prinsipial vətəndaş mövqeyi ilə seçilər Elmar Hüseynov indiki hakimiyyətin sərt və barışmaz tənqidçisi kmi tanınırdı. Onun qətlinin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb. Halbuki, Türkiyə xüsusi xidmətinin istintaq qrupu isti izlərlə qatillərin adlarını müəyyən edərək ali rəhbərliyə bu barədə məlumat verib.

O, 1996-cı ildən isə tənqidi «Monitor» jurnalını çıxarmağa başlayır.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və oğlu Norveçə mühacirət edib.

"Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 47 yaşı tamam olur
please wait

No media source currently available

0:00 0:06:28 0:00

XS
SM
MD
LG