Accessibility links

Böyük Britaniyanın Azərbaycandakı səfiri jurnalistləri təbrik edib


Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq

Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq

İrfan Siddiq bildirib ki, Böyük Britaniya İfadə azadlığına böyük dəstək verir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Azərbaycan Milli Mətbuatının 139 illiyi münasibətilə jurnalistləri təbrik edib.

Facebook vasitəsilə təbrikində səfir İrfan Siddiq ifadə azadlığı və müstəqil medianın demokratiyanın fundamental tələblərindən olduğunu vurğulayıb.

“Açıq və effektiv mətbuatın dəstəklənməsi hökümətin effektiv işləməsinə yardımçı olur və davamlı inkişafı bunsuz təsəvvür etmək olmaz”, səfir bildirb.

İrfan Siddiq Böyük Britaniyanın ifadə azadlığına böyük dəstək verdiyini diqqətə çatdırıb.

"Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda dəqiq, qərəzsiz, müstəqil medianın bərqərar olması səylərini dəstəklədiyi üçün qürur duyur", səfir təbrikində qeyd edib.

XS
SM
MD
LG