Accessibility links

ABŞ Dövlət Departamentinin nümayəndəsi KİV rəhbərləri ilə görüşüb


Azərbaycan-ABŞ bayrağı

Azərbaycan-ABŞ bayrağı

KİV-lərin mövcud vəziyyəti və problemləri, söz azadlığının vəziyyəti müzakirə olunub

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika yardımı üzrə ofisinin Avrasiya şöbəsinin direktor müavini Noy Kristal oktyabrın 21-də Azərbaycanda bir sıra KİV rəhbərlərindən ibarət qrupla görüşüb.

ABŞ səfirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə KİV-lərin vəziyyəti və problemləri, həmçinin söz azadlığının vəziyyəti müzakirə olunub.

Görüşdə "Yeni Müsavat", "Azadlıq", "Ayna-Zerkalo" qəzetlərinin baş redaktorları, "Azadlıq" və "Amerikanın səsi" radiolarının Bakı ofisinin təmsilçiləri, eləcə də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi iştirak edib.

Bu ilin yayında Azərbaycan hakimiyyəti Amerika və Qərb qrantları üzrə layihələrin reallaşmasının qarşısını alıb.

Ötən həftə qanunverici məhdudiyyətlər qəbul edilib. Bu məhdudiyyətlərə görə, xarici donorlardan qrant almaq yalnız Azərbaycan hökumətinin razılığı ilə ola bilər.

XS
SM
MD
LG