Accessibility links

Əli Həsənov: Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Bu barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib

"Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub".

Bu sözləri AzərTAc agentliyinə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Respublika Baş Prokurorluğunun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir. Buna görə də bəzi yerli və xarici dairələrin, təşkilatların məsələ ilə bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir, əsassızdır və bir mərkəzdən idarə olunan proses təəssüratı bağışlayır. Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar həm də hüquq mühafizə orqanları tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə bağlı obyektiv istintaqın həyata keçirilməsinə təzyiq xarakteri daşıyır”, o bildirib.

Şöbə müdiri hesab edir ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib.

“Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG