Accessibility links

Təbriz üsyanı - Amerika qəzetləri 1979-cu ildə nə yazırdı? [Fotoqalereya & Video]


1979 ilində Amerika qəzetləri Azərbaycan üçün muxtariyyət tələb edən türklər və İranda yaşayan digər qeyri-fars etnik qrupların İslam İnqilabına qarşı böyük təhdid təşkil etdiyini vurğulayıblar

1979-cu ildə ABŞ mediasında yayılan məlumata görə, İran İslam İnqilabından sonra Azərbaycan üçün muxtariyyət tələb edən türklər və ölkədə yaşayan digər qeyri-fars etnik qruplar Ayətulla Xomeyninin qurduğu dövlətə qarşı nümayişlər təşkil etmişdilər. Amerika qəzetləri və Associated Press xəbər agentliyi xüsusilə 1979 ilinin dekabr ayında Təbriz olayları və bölgədə nəzarəti ələ keçirən Ayətulla Şəriətmədari tərəfdarlarının təsis etdiyi Müsəlman Xalq Respublikası Partiyası ilə bağlı ətraflı məlumat yaymışdılar.

Ayətullah Məhəmməd Kazım Şəriətmədari hazırlanmış yeni İslam konstitusiyasında İranda bir din dövlətinin qurulması və Ruhullah Xomeyninin ömürlük hakimiyyətinə yol açan bölümlərə qarşı çıxıb.
Eugene Register-Guard - December 1979

Eugene şəhərində dərc olunan Register-Guard qəzeti bazar günü dekabrın 9-da “Türk üsyançıları güc nümayişi olaraq Təbriz üzərində hərbi təyyarələr uçurur” başlıqlı xəbərdə Associated Press-ə istinad edərək, etnik türklərin Təbriz üzərində 5 hərbi təyyarə uçurduğu, habelə Təbriz Radio-Televiziyasını, hava limanı və mer idarəsini ələ keçirdiklərini yazıb.

“Etnik türk üsyançılar Tehrandakı Ayətulla Xomeyninin mərkəzi hökümətinə qarşı güc nümayişi üçün Təbriz üzərində 5 Amerika istehsalı hərbi təyyarə uçurdular. Aralarında İran silahlı qüvvələrindən də olan üsyançılar cümə axşamı Təbriz Radio-Televiziyası və hava limanını ələ keçirib, vilayət valisini imarətindən çıxardılar,” deyə Register-Guard qeyd edib.

Qəzetdə həmçinin təbrizli böyük Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin hazırlanmış yeni İslam konstitusiyasında İranda bir din dövlətinin qurulması və Ruhullah Xomeyninin ömürlük hakimiyyətinə yol açan bölümlərə qarşı çıxması ilə bağlı məlumat verilib.

Register-Guardın yazdığına görə, “həmin günlərdə İran dövlət televiziyasının özəl bir proqramında İranda türk azlığının siyasi liderlərindən olan Marağalı Rəhmətulla Müqəddəmin ABŞ-ın casusu olduğu irəli sürülüb.”

Təbriz və müqəddəs Qum şəhərində keçirilən üst səviyyəli toplantılardan sonra Ayətulla Xomeyni höküməti sülhün bərpası, eləcə də türk dilli Azərbaycan bölgəsi üçün muxtariyyət tələblərinin həlli istiqamətində aparılan səylərdə “irəliləyiş” olduğunu elan edib.
Schenectady Gazette - Dec 12, 1979

Bir gün sonra bazar ertəsi dekabrın 10-da Spokane Daily Chronicle qəzeti isə “Türklər Xomeynini rədd edir” başlığı ilə yaydığı reportajda bazar günü Təbrizdə baş verənləri anladıb. Reportajda Associated Press və NBC Televiziyasının məlumatına istinad edilib.

Qəzetdə yazılanlara görə, “Təbrizə nəzarət edən etnik Türk üsyançılar bir gün ağır döyüşdən sonra bu gün Ayətulla Ruhullah Xomeyni rejiminin göndərdiyi nümayəndə heyətini geri çevirdilər. Döyüşdə Xomeyni tərəfdarları Təbriz radio stansiyası və valilik imarətini yenidən ələ keçirdi, amma saxlaya bilmədilər.”

“İnqilab Keşikçiləri cümə axşamı günü türklər tərəfindən ələ keçirilmiş valilik imarətini geri aldı. Bunun ardından, təqribən 4 min Xomeyni tərəfdarı yayım stansiyasına hücum edərək oranı 20 ilə 30 silahlı türkün nəzarətindən çıxardı. [Sonra] yüzlər türk ölüm olsun Xomeyniyə şüarı ilə stansiyaya doğru yürüşə başladı. Xomeyni tərəfdarları atəş açdı.10 minlər türk və yerli silahlı bölmələr yürüşə qatılaraq, stansiyaya doğru hərəkət edib binanı təkrar ələ keçirdilər,” deyə Spokane Daily artırıb.

Bu olaylar həmçinin eyni gündə “İranda türklərin üsyanı şiddəti artırır” başlığı altında yayılmış Milwaukee Sentinel qəzetində də gündəmə gətirilib.

İran İslam İnqilabının gələcəyi ölkədə yaşayan 5 əsas etnik azlıq qrupu – türkmən, türk, kürd, ərəb və bəluç cəmiyyətlərinin muxtariyyət tələblərinin nə şəkildə həll olunmasına bağlıdır.
Lewiston's Sun Journal - 1979

“İran türkləri Xomeyniyə qarşı miting keçirib” başlıqlı qısa xəbəri Schenectady Gazette (indiki adı: Daily Gazette) dekabrın 14-də nəşr edib. Xəbərdə ağ kəfənlər geymiş təqribən 100 min nümayişçinin Təbrizin bərbad duruma düşmüş küçələrində yürüş keçirib, və Türk dilində “nə Şərq, nə də Qərbə bağlıyıq, Şəriətmədarinin övladıyıq” şüarını səsləndirərək Ayətulla Şəriətmədariyə dəstəklərini elan etdikləri yazılıb.

Schenectady Gazette həmçinin yazıb ki, Təbriz və müqəddəs Qum şəhərində keçirilən üst səviyyəli toplantılardan sonra Ayətulla Xomeyni höküməti sülhün bərpası, eləcə də türk dilli Azərbaycan bölgəsi üçün muxtariyyət tələblərinin həlli istiqamətində aparılan səylərdə “irəliləyiş” olduğunu elan edib.

Bu olaylardan aylar öncə 1979 ili aprel ayının 3-də, Lewiston şəhərində yayılan Sun Journal-da yayımlanan bir təhlildə “İran İslam İnqilabının gələcəyinin ölkədə yaşayan 5 əsas etnik azlıq qrupu – türkmən, türk, kürd, ərəb və bəluç cəmiyyətlərinin muxtariyyət tələblərinin necə həll olunmasına bağlı olduğu” yazılıb.

Sun Journal həmçinin bu beş etnik qrupun yaşadığı bölgələri göstərən Associated Press agentliyinə məxsus bir xəritəni dərc edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG