Accessibility links

Məhkəmə Xədicə İsmayılı ev dustaqlığına buraxmayıb [Video]


Vəkil Elton Quliyev bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək

Dekabrın 26-da Səbael rayon Məhkəməsində həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə məhkəmə vəsatəti təmin etməyib.

Jurnalistlər, ictimai fəallar jurnalisti coşğu ilə qarşılıyıblar.

Vəkil Elton Quliyev bildirib ki, məhkəməyə etiraz olunub.

“Həbs qətimkan tədbirini seçən hakimin bu məhkəmədə eyni arqumentlərlə ədalətli qərar çıxaracağına şübhəmiz var. Xədicə Ismayıl çıxışında dedi ki, mənim həbsim və azadlığım barədə qərarlar bu məhkəmədə verilmir, hakimlər və prokurorlar burada qərar verə bilməzlər. Amma bizim hüquqlarımız var və bu hüquqlardan sonacan istifadə edəcəyik".

Vəkil Elton Quliyev qərardan apellyasiya şikayəti veriləcəyini vurğulayıb.

Öz növbəsində Xədicə İsmayılın bacısı Amerikanın Səsinə bildirib ki, haqlı qərar gözləyirlər.

Xədicə İsmayıl:

Xədicə İsmayıl:

Xədicə İsmayıl CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, Tural Mustafayevin bəyanatı əsasında həbs edilib. Xədicə İsmayıl ittihamları təkzib edir və bunun peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

Amnesty İnternatinal Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Azad Avropa Azadlıq Radiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib.

XS
SM
MD
LG