Accessibility links

Namizəd Səfərov: AzadlıqRadiosunun əməkdaşlarının dindirilməsinin məramı aydın deyil


Hüquqşünas Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov

İndiyədək radionun azı 25 əməkdaşı istintaqda dindirilib

AzadlıqRadiosunun əməkdaşlarının Baş Prokurorluğun Ağır Cinayətylərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi dekabrın 29-da davam edir.

Bu barədə Amerikanın Səsinə radionun nümayəndəsi Namizəd Səfərov bildirib.

Onun sözlərinə görə istintaqda dindirmələr sakit keçir. “Amma cinayət işində məqsəd bilinmir. Bu qədər radio əməkdaşının, ştatdankənar müxbirin istintaqa cəlb edilməsinin, büroda axtarış aparılmasının, qapılarının möhürlənməsinin məqsədi və məramı aydın deyil. İstintaqın bu hərkətlərlə nə edəcəyi də aydın deyil”, deyə Səfərov qeyd edib.

Xatırladaq ki, dekabrın 28-dən başlayaraq hazrkı anadək AzadlıqRadiosunun azı 25 əməkdaşı, keçmiş işçiləri, ştatdankənar müxbirləri istintaqda şahid qismində dindirilib. Radionun əməkdaşları QHT-lərlə bağlı qaldırlmış cinayət işi üzrə dindirilir.

XS
SM
MD
LG