Accessibility links

AzadlıqRadiosu əməkdaşlarının dindirilməsi davam edir


Azadlıq radiosu

Azadlıq radiosu

Dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisi möhürlənəndən sonra, radionun əksər əməkdaşları sorğu-sual olunub

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəli yanvarın 9-da Hövsan polisinə aparılıb.

Radionun yaydığı məlumata görə onu idarəyə rəis müavini aparıb və rəisin çağırdığını deyib.

Sonradan jurnalistin Bakı Şəhər Polis İdarəsinə aparıldığı bəlli olub.

İslam Şıxəli öncə də Bakı Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.

Yanvarın 8-də və 9-da radionun bir neçə əməkdaşı istintaqa çağrılıb.

Dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisi möhürlənəndən sonra, radionun əksər əməkdaşları sorğu-sual olunub.

XS
SM
MD
LG