Accessibility links

Jurnalist Xədicə İsmayılın həbs müddəti uzadılıb


Jurnalist Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayıl

Vəkil Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayət verəcək

Bu gün Səbael Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə həbsdə olan jurnalist Xədicə İsmayılın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Vəkil Yalçın İmanovun Amerikanın Səsinə verdiyi məlumata görə, hakim istintaq orqanın verdiyi vəsatəti qismən təmin edərək, jurnalist Xədicə İsmayılın həbs müddətinin 1 ay, 19 gün müddətinə uzadılması barədə qərar verib.

Belə ki, ibtidai istintaq həbs müddətinin uzadılmasını onunla əsaslandırıb ki, iş üzrə ekspertiza rəylərinə cavab alına bilməyib və həmçinin jurnalist azadlıqda olarsa şahidlərə təsir edə bilər.

Öz növbəsində, məhkəmədə iştirak edən Xədicə İsmayıl həbsin uzadılmasını əsassız adlandıraraq, özünün sadəcə apardığı araşdırma yazılarına, peşə fəaliyyətinə görə həbs edildiyini bildirib.

Vəkil Səbael Rayon Məhkəməsinin qərarından apellyasiya şikayət verəcəyini də istisna etməyib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

Amnesty İnternational onu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG