Accessibility links

Xədicə İsmayılovanın həbsindən altı ay keçir


“Sərhədsiz Reportyorlar” jurnalistin dərhal azadlığa buraxılması ilə bağlı yenidən çağırış edib

“Sərhədsiz Reportyorlar” jurnalist Xədicə İsmayılovanın dərhal azadlığa buraxılması ilə bağlı yenidən çağırış edib.

Təşkilat bildirib ki, jurnalist altı aydır, məhkəməyə qədər həbsdədir.

X.İsmayılova hakimiyyətin yüksək eşelonunda korrupsiya faktlarını açıqladığına görə 2014-cü il dekabrın 5-də həbs olunub.

“Sərhədsiz Reportyorlar” qeyd edir ki, Avropa Oyunları zamanı Bakıya gələcək juralistlər bütün bunlara göz yummamalı və Azərbaycanda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdır.

Jurnalistin işi üzrə məhkəmənin başlanma vaxtı indiyədək açıqlanmayıb. Jurnalisti 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sonuncu dəfə onun məhkəməyə qədərki həbs müddəti üç ay uzadılıb.

X.İsmayılovadan başqa daha yeddi jurnalist və bloger həbsdədir. Azərbaycan mətbuat azadlığının pozulduğu ölkələr siyahısında sonuncu yerlərdən birini tutur.

XS
SM
MD
LG