Accessibility links

Xədicə İsmayılova: Bütün siyasi məhbusların azadlığını tələb edin


New York Times qəzeti Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın məktubunu dərc edib

New York Times qəzeti iyunun 11-də Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın məktubunu dərc edib. Məktubu diqqətinizə çatdırırıq:

Bütün dünyanın diqqəti Avropa Oyunlarını qəbul edən Azərbaycana, mənim sevimli ölkəmə yönəlib.

Turistlər və atletlər açılış mərasiminə tamaşa etməkdən məmnundurlar, beynəlxalq ictimaiyyət isə evdə televiziyada seyr edəcək.

Mən jurnalistəm və Azərbaycan hakimiyyətinin ali eşelonunda korrupsiya faktlarını ifşa etdiyimə görə həbsdəyəm.

Amma, mən oyunlara baxmayacağam. Mən indi Bakıda havanın necə olduğundan və ya nəqliyyatın necə işlədiyindən xəbərsizəm. Bütün bunlar haqda məlumatım çox azdır. Çünki Kürdəxanı həbsxanasında kamerada oturmuşam – 6 aydır ki, mənim evim buradır.

Mən jurnalistəm və Azərbaycan hakimiyyətinin ali eşelonunda korrupsiya faktlarını ifşa etdiyimə görə həbsdəyəm. Mən onlarla digər siyasi məhbus – jurnalistlər, hüquq müdafiəçiləri, gənc fəallar, siyasətçilər, ölkədə vəziyyətə dair gerçəyi söyləyənlər ilə birlikdə təqib olunmuşam.

Azərbaycanın ən yaxşı vətəndaşları həbsdədir, Avropa Oyunlarından kənarda qalıblar. Hakimiyyət istəmir ki, siz bizi görəsiniz və ya bizim haqqımızda, yaxud bizim söylədiyimiz xoşagəlməz həqiqətlər haqda eşidəsiniz.

Həqiqət budur ki, Azərbaycan insan hüquqları ilə bağlı dərin böhran içindədir. Vəziyyət heç zaman yaxşı olmayıb. Nə qədər ki, yuxarıdakılar korrupsiya üzərində varlanmaqda davam edirlər, sıravi vətəndaşlar yaşamaq uğrunda, azadlıq uğrunda mübarizə aparırlar.

Həqiqət isə belədir ki, Azərbaycan insan hüquqları ilə bağlı dərin böhran içindədir. Vəziyyət heç zaman yaxşı olmayıb. Nə qədər ki, yuxarıdakılar korrupsiya üzərində varlanmaqda davam edirlər, sıravi vətəndaşlar yaşamaq uğrunda, azadlıq uğrunda mübarizə aparırlar. Və biz onlarla birlikdə onların naminə mübarizə aparmalıyıq.

Mən öz mübarizəmi buradan, həbsxanadan edirəm. Mənim korrupsiya ilə bağlı araşdırmalarım dəyərli həmkarlarımın dəstəyi sayəsində davam edir. Mən həbsdə də danışdığım üçün cəzalandırıldım, təkadamlıq kameraya salındım, doğmalarımla, vəkilimlə görüşə icazə verilmir. Mənim qeydlərimi götürürlər.

Lütfən, yalnız mənim azadlığımı tələb etməyin, bütün siyasi məhbusların azadlığını tələb edin. Azərbaycanda ifadə azadlığını və insan haqlarını müdafiə edin.

Bu gün beynəlxalq ictimaiyyətə müraciət edirəm: Azərbaycan hökumətinin sizin diqqətinizi korrupsiya və ya digər sui-istifadə hallarından yayındırmasına imkan verməyin.

İnsan hüquqları, “ağzı yumulanlar”ın uğrunda mübarizə aparın. Onların haqları uğrunda mübarizəni davam etdirin. Bunu ucadan və açıq şəkildə edin. Azərbaycan xalqı bilməlidir ki, onun hüquqları dəstəklənir.

Lütfən, yalnız mənim azadlığımı tələb etməyin, bütün siyasi məhbusların azadlığını tələb edin. Azərbaycanda ifadə azadlığını və insan haqlarını müdafiə edin.

Xədicə İsmayılova

PS: Bir həftədir ki, mənə “Azadlıq” qəzeti verilmir. Belə ki, baş verənlər haqda orada yazılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG